Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

18 Avqust – Sərhəd Qoşunları Gününə həsr olunmuş tədbir keçirilib

18 avqust 2026 | 17:02

    Tədbirdə RİH rəhbərliyi, "N" saylı hərbi hissənin komandir və şəxsi heyəti, Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin və digər qəhrəman şəhidlərimizin valideynləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Dövlət Himmilərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Sərhəd Qoşunlarının keçdiyi şərəfli yoldan, Vətən müharibəsində göstərdikləri misilsiz şücaətdən söz açılıb. Qeyd olunub ki, dövlət sərhədlərimizin etibarlı qorunması, işğaldan azad edilmiş torpaqlarımızda sərhəd infrastrukturlarının qurulması Silahlı Qüvvələrimizin             Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsidir.
     Tədbirdə çıxış edən şəhid valideynləri və hərbi hissənin şəxsi heyəti göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.
     Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Keçidlər