Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilmişdir

17 iyun 2026 | 16:31

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra tədbir Oğuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilmişdir. Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirmişdir ki, hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Rayon rəhbəri vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti və məqsədyönlü fəaliyyəti nəticəsində ölkənin bütün sahələrində, o cümlədən səhiyyə sistemində dinamik inkişaf müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin həyata keçirilməsi, səhiyyənin rəqəmsallaşdırılması və səmərəli menecment mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm işlər görülür.

Çıxış zamanı qeyd olunmuşdur ki, Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da əhalinin sağlamlığının qorunmasına daim xüsusi diqqət və qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən proqramlar əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən aparılan islahatlara müsbət qiymət verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxışının sonunda tibb işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan səhiyyəsinin nailiyyətlərindən, səhiyyə sistemində tətbiq olunan müasir yeniliklərdən və qarşıda duran vəzifələrdən bəhs etmişlər.

Sonda uzun illər səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi Oğuz Rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnamələri ilə təltif olunmuşdur.

Keçidlər