15 iyun Milli Qurtuluş günü münasibətilə “Heydər Əliyev: Dövlətə həsr olunmuş ömür” adlı tədbir keçirilib
Tədbir Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli texniki-təbiət təmayüllü liseydə baş tutub. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması, gənclər siyasətinin formalaşdırılması və gəclərimizin vətənpərvərlik ruhunda yetişməsi istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər.Çıxışlarda Heydər Əliyev ideyalarının bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığı vurğulanıb, gənclərə Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsinin əhəmiyyəti barədə məlumat verilib. Tədbirdə şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş ən yaxşı təqdimat səsləndirilib.







