15 avqust 2025-ci il tarixində “Konstitusiya və suverenlik ili” ilə əlaqədar olaraq Oğuz rayonu ərazisində növbəti təmizlik aksiyası təşkil edilmişdir.
18 avqust 2025 | 11:30
Aksiya Oğuz Rayon Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin, Bayan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Oğuz şəhər bələdiyyəsinin birgə iştirakı ilə həyata keçirilmişdir.
Tədbir çərçivəsində yol kənarlarına atılmış məişət tullantıları toplanaraq “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər əlaqəli qanunvericilik aktlarına uyğun olaraq basdırılmış və ərazi xüsusi texnika vasitəsilə təmizlənmişdir.
Keçirilmiş aksiya ətraf mühitin mühafizəsi və əhalinin ekoloji maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir







