Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib

12 noyabr 2026 | 17:29

Oğuz Rayon İcra Hakimiyyətində 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cavid Əbdul-Qədirov Azərbaycan Konstitusiyasının qəbul tarixindən, dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişafında mühüm rolundan danışıb. Bildirilib ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoyub, vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün möhkəm hüquqi baza yaradıb.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib, ölkəmizin bütün ərazilərində Konstitusiya quruluşu bərpa olunub.

Daha sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Sənan Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin milli Konstitusiyamızın hazırlanması və hüquqi dövlət quruculuğundakı tarixi xidmətlərindən bəhs ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin dövlətçiliyimizin möhkəmləndirilməsi, suverenliyimizin qorunması və vətəndaşların hüquq və azadlıqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbir Konstitusiyaya, dövlətçiliyə və milli dəyərlərə hörmətin vacibliyinin qeyd olunması ilə yekunlaşıb.

Keçidlər