Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub

11 avqust 2026 | 16:10

      Oğuz Rayon Mədəniyyət Mərkəzində 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
     Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının, Gənclər və İdman Sektorunun məsul əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.
     Tədbir çərçivəsində çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, gənclərin rayonun ictimai-siyasi və mədəni həyatındakı mühüm rolundan danışıb, onları bu əlamətdar gün münasibətilə təbrik ediblər.
      Bütün gənclərimizi Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər