Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib

01 iyun 2026 | 17:15

Oğuz rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Rayonun müxtəlif ərazilərində keçirilən tədbirlərdə uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması və bayram əhval-ruhiyyəsinin yaradılması əsas məqsəd olub.

 Tədbirlərdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri, rayonun təhsil və gənclər sektorlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi, valideynlər, eləcə də ən dəyərli qonaqlarımız olan şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirlər çərçivəsində uşaqlar üçün əyləncəli oyunlar, musiqili proqramlar, rəsm və əl işləri sərgiləri, intellektual müsabiqələr təşkil edilib. Bayram proqramında iştirak edən uşaqlar müxtəlif hədiyyələr və həvəsləndirici mükafatlarla təltif olunublar.

Çıxış edənlər uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğulayaraq onların hüquqlarının qorunmasının, sağlam və hərtərəfli inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, ölkəmizdə uşaqların rifahının yüksəldilməsi, keyfiyyətli təhsil və sağlam mühitdə böyümələri üçün ardıcıl tədbirlər həyata keçirilir.

Bayram tədbirləri uşaqlar tərəfindən böyük maraq və sevinclə qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib, iştirakçılara xoş arzular çatdırılıb.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirlər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilib və uşaqlara unudulmaz bayram sevinci yaşadıb.

Keçidlər