Oğuz şəhərində əmək yarmarkası keçiriləcək
22 iyul 2026 | 12:44
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə Oğuz şəhərində əmək yarmarkası keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan və tarix:
Oğuz şəhəri, Heydər Əliyev prospekti 65 (Oğuz rayon Mədəniyyət Mərkəzi)
23 iyul 2026
Saat 11:00







