Oğuz Rayon İcra Hakimiyyətinin başçısı yanında İctimai Şuraya namizədlərin seçilməsinə başlanılır
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu qanunun müvafiq maddəsinin icrası ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Oğuz rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 17 aprel 2025-ci il tarixindən başlanılacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 21 iş günü müddətində, yəni 15 may tarixində yekunlaşacaq.
İctimai Şura üzvlərinin say həddi 5 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar mail@oguz-ih.gov.az elektron ünvanı vasitəsilə təqdim edilə bilər.
Əlaqələndirici şəxs: Oğuz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının üzvü Cavid Həmidov (024-21-5-24-73); +99450-349-46-56; oguz_ishm_cavid@oguz-ih.gov.az ).