Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

İqtisadiyyat

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inikişafı dövlət
Proqramı”nın Oğuz rayonunda 2009-2011-ci illərdə icrası barədə

MƏLUMAT

 


Yol təsərrüfatı və nəqliyyat sahəsi

Oğuz rayon 61 saylı YİS-nin balansında 71 km respublika əhəmiyyətli, 152 km yerli əhəmiyyətli avtomobil yolu vardır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 95-114-cü km-də yerləşən 19 km uzunluğunda yolun 4 km-lik Oğuz-Bayan avtomobil yolu hissəsində asfaltlaşma işləri aparılmış, Kərimli və Əlican çay körpülərinin tikintisi , yolun qalan hissəsinin asfaltlaşması işləri davam etdirilir
Şəhərdaxili yollara asfalt örtüyünün salınması məqsədi ilə təmir ediləcək küçələr müəyyənləşdirilib. Təmir olunacaq küçələrdə su-kanalizasiya işləri başa çatdıqdan sonra təmir işlərinə başlanılacaqdır.
Elektrik enerjisi
10 kv-luq EVX üzrə 33 km məsafə əsaslı təmir olunub , 0,4 kv-luq EVX-lər üzrə 17,461 km məsafədə SİP kabel çəkilib, lakin mal-material ayrılmadığından işlər yarımçıq qalmışdır. Elektrik verilişi xətlərinin 38 km məsafəsində əsaslı təmir işləri aparılıb, 10/0,4 kv-luq y/st-ları üzrə 8 ədədi yenidən qurulmuşdur .
İstilik təchizatı
Oğuz Birləşmiş Qazanxanalar və İstilik Şəbəkəsi Sahəsinin balansında 5 istilik sistemi var.
Qaz təchizatı
Rayonun 34 yaşayış məntəqəsindən 11-ə təbii qaz verilir.


Su təchizatı və kanalizasiya

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin 241-saylı 30 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq Oğuz şəhərinin əhalisinin içməli su ilə təminatı, kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanmışdır.
Hazırda şəhərin yuxarı hissəsində 2 ədəd 1000 kubluq yeni su anbarı, xlorator, laboratoriya və mühafizə binaları tikilmiş, 2.4 km D-315 mm-lik polietilen magistral boru, 300 metr drenaj işləri başa çatdırılmışdır. Şəhər daxili şəbəkənin qurulması işlərinə başlanmış şəhərin 9 küçəsində işlər tamamlanmaq üzrədir.
Bundan başqa “Azərbaycan Respublikası regionlarının 2010-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun bir sıra kəndlərinə yeni içməli su kəmərlərinin çəkilməsi və mövcud olanların əsaslı təmir olunması nəzərdə tutulmuşdur.
Hazırda Böyük Söyüdlü Balaşum su kəmərində tikinti işlərinə başlanmış, 10 km su kəməri çəkilmişdir. Həmin kəmərin yenidən qurulması imkan verəcək ki,kəmər boyuna olan Qarabulaq, Astarxanovka ,Sincan, Padar, Yenikənd, Yaqublu, Top, Zərrab kəndlərini içməli su ilə təmin edək.
Bucaq, Muxas, Bayan, Kərimli, Xaçmaz kəndlərinin su mənbələrinin və daxili şəbəkələrinin yenidən qurulmasına tezliklə başlanılacaqdır.

Meliorasiya və irriqasiya

Qala çay sistemində Padar , Yemişənli, Daşağıl çay sistemində Baş Daşağıl və Muxas kəndlərinin əkin sahələrinin mühafizəsi üçün 1278 p/m daş beton bəndləri tikilmiş, 176 min m³ çay yatağının təmizlənməsi işləri aparılmışdır , işlər davam etdirilir

Xal-xal çay sistemində mühafizə bəndləri tikilməmiş, 336 min m3 çay yatağının sıyrılması və təmizlənmə işləri aparılmışdır , işlər davam etdirilir

Oğuz çay sistemində Bayan kəndinin mühafizəsi üçün 150 p/m üzlük beton bəndləri tikilmiş , 324 min m3 çay yatağının təmizlənməsi işləri aparılmışdır işlər davam etdirilir

Türyan çay sistemində üzlük bənd quraşdırılmamış, 381 min m3 çay yatağının təmizlənməsi işləri aparılmışdır işlər davam etdirilir.

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə


T Ə D B İ R L Ə R    P L A N I

OĞUZ RAYONU üzrə

Sıra №-si T ə d b i r i n   a d ı  İcra müddəti  Əsas icraçılar
    Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri
 4.3.8.57.  Taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandarlıq, quşçuluq məhsullarının istehsalının inkişafının dəstəklənməsi  2009-2013  Kənd Təsərrüfatı Nazirliyi
 4.3.8.58.  Aqrar sektorun müasir texnika ilə təchizatının yaxşılaşdırılması  2009-2013  “Aqrolizinq” ASC
    Yol təsərrüfatı və nəqliyyat tədbirləri
 4.3.8.59.  Rayonda kəndlərarası yerli əhəmiyyətli yollara asfalt örtüyünün salınması  2010-2013  Nəqliyyat Nazirliyi
 4.3.8.60.  Şəhərdaxili yollara asfalt örtüyünün salınması  2010-2013  Yerli İcra Hakimiyyəti
    Elektrik enerjisi, istilik və qaz təchizatı
 4.3.8.61.  Rayonun elektrik şəbəkəsində yenidənqurma işlərinin aparılması  2009-2012  “Şəki RET” MMC
 4.3.8.62.  Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması  2010-2013  “Azəriqaz” QSC
    Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri
 4.3.8.63.  Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması  2009-2010  “Azərsu” ASC
 4.3.8.64.  Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması  2010-2013  “Azərsu” ASC
    Meliorasiya və irriqasiya tədbirləri
 4.3.8.65.  Rayonun kəndlərinin əkin sahələrində drenaj şəbəkəsinin yenidən qurulması  2010-2012  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
    Əhalinin təhlükəsizliyi tədbirləri
 4.3.8.66.  Çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi  2010-2012  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
    Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması
 4.3.8.67.  Oğuz rayonunda yeni səhiyyə müəssisələrinin tikintisi  2010-2011  Səhiyyə Nazirliyi
 4.3.8.68.  Rayonun ərazisində mədəniyyət obyektlərinin təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası  2010-2013  Mədəniyyət və Turizm Nazirliyi
 4.3.8.69.  Rayonda məktəb binalarının əsaslı təmiri, idman və akt zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi  2009-2013  Təhsil Nazirliyi


 

Kənd təsərrüfatı sahəsi

Oğuz rayonunun zəngin və əlverişli iqlim şəraiti, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir.
Oğuz rayonu Şəki-Zaqatala İqtisadi zonasında yerləşir. Rayonun inzibati ərazisi 107739 ha torpaq sahəsini əhatə edir.
Rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlar 35355 hektardır. Bu torpaqlardan 7517 hektarı dövlət mülkiyyətində saxlanılıb, 9415 ha bələdiyyə mülkiyyətinə verilib, 18423 ha xüsusi mülkiyyətə olan torpaqlardır. Bunun 18368 ha hal-hazırda əkin altındadır, 2414 hektar bağ, 1450 hektarı dövlət mülkiyyətində olan meşə fonduna aid dincə qoyulmuş torpaqlar, 13083 hektarı örüşlər və 40 hektarı isə biçənək sahələridir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır və meyvəçilik (fındıqçılıq) təşkil edir.
Taxılçılıq
Oğuz rayonunun ənənəvi əkinçilik növlərindən biri taxılçılıqdır. Rayonda yüksək məhsuldarlığın əldə olunması üçün bu sahələri əkib becərən hüquqi və fiziki şəxslərlə görüşərək, onlara aqrotexniki qaydalara uyğun xidmət göstərmələri barədə müvafiq məsləhətlər verilmişdir. Onlara yüksək məhsuldar cavan toxumlardan istifadə olunması və rayona Rusiyadan gətirilərək güzəştli qiymətlə Toxumçuluq təsərrüfatlarına verilmiş və onlar tərəfindən əkilərək istehsal olunmuş yüksək keyfiyyətli Buğda toxumlarından, rayona gətirilmiş mineral gübrələrin aqroservis xidməti göstərən müəssisədən güzəştli şərtlərlə alınması və istifadə olunması qaydaları barədə istehsalçıların təlimatlandırılması və onlara gübrələrin çatdırılması sahəsində müəyyən işlər görülmüşdür.
Rayona gətirilmiş fosfor və azot gübrələri güzəştli qiymətlərlə taxıl istehsalçılarına çatdırılmışdır.
Ən yüksək göstərici bu sahədə 2008 -ci ildə əldə edilmişdir. 2008- ci ildə rayonda 45481 ton taxıl istehsal edilərək yüksək məhsuldarlığa nail olunmuşdur. Taxılçılığın inkişaf etdirilməsi üçün rayonda əlverişli iqlim şəraiti və emalın təşkili üçün un dəyirmanları vardır.
2010- cu illin payızında 2011-ci ilin məhsulu üçün 13547 hektar sahədə payızlıq əkin aparılmışdır. Bunun da 9039 hektarında buğda, 4508 hektarında arpa əkinləridir. Payızlıq taxıl bitkilərindən 31631 ton məhsul istehsal edilmişdir.
Qarğıdalıçılıq
Qarğıdalı istehsalı ilə rayonun əhalisi uzun illərdir ki, məşğul olur. Bu il rayonda 695 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. Əhalinin bu növ məhsul istehsalı ilə məşğul olmasına səbəb Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrası ilə əlaqədar rayonda yeni tikilib istifadəyə verilmiş Qlükoza zavodunun istifadəyə verilməsidir. Zavodun rayonda işə düşməsi qarğıdalı istehsalının artırılmasına imkan vermişdir. Müəssisədə qarğıdalı emal olunaraq qlükoza və mal-qara üçün yem məhsulları istehsal olunur. Bu müəssisənin tikintisi rayonda istehsal olunmuş qarğıdalının realizasiyasında mövcud olan problemlərin aradan qalxmasına və heyvandarlığın inkişafına əlavə imkanlar yaratmışdır.
2011- ci ildə rayonda 170 hektar sahədə dən üçün vələmir, 185 hektar sahədə günəbaxan, 35 hektar sahədə emal üçün şəkər çuğunduru, 317 hektar sahədə kartof, 326 hektar sahədə tərəvəz, 17 hektar sahədə bostan əkilmişdir. Yem bitkilərinin ümumi əkin sahəsi 3350 hektar olmuşdur.
Meyvəçilik və fındıqçılıq
Rayonda fındıq, alma, armud və sair meyvələr istehsal olunur. 2010-cu ildə 2496 ton meyvə (fındıqla birgə) istehsal edilmişdir. Əhalinin pul gəlirlərində xüsusi yer tutan fındıq istehsalı 756 ton olmuşdur. Bu növ məhsul üçün rayonda əlverişli bazar, eləcə də emal sexləri olması əhalinin fındıq istehsalının artırılması üçün əlaqədar tədbirlərin (fındıq bağların salınması, mövcud bağlara xidmət göstərilməsi və s.) həyata keçirilməsinə marağı artırır. Rayonda fəaliyyət göstərən Fındıq emalı zavodunda fındıqdan müxtəlif növ keyfiyyətli məhsullar hazırlanır.
Üzümçülük
Rayonun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Belə ki, 1980-cı illərdə kifayət qədər üzüm sahələrinə malik idi və üzüm istehsal edirdi. Sovetlər birliyinin süqutundan sonra üzümçülüyün inkişafı demək olar ki, rayonda dayanmışdı. Son illərdə Oğuzda üzümçülük sahəsi yenidən bərpa edilmişdir. Xüsusilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı-nın (2004-2008-ci illər) icrası ilə əlaqədar bu sahənin inkişafı da sürətlənmişdir. Hal-hazırda rayonda üzüm bağları 64 ha, o cümlədən bar verən bağlar isə 36 hektardır.
Üzümçülük sahəsinin inkişafı ilə paralel olaraq rayonda vaxtilə Yaqublu kəndində fəaliyyət göstərən üzüm emalı zavodunun işə salınması istiqamətində işlər aparılır. Üzüm emalı zavodu özəlləşdirildikdən sonra fəaliyyəti dayanmışdır. Bu ildən zavodun fəaliyyəti qismən bərpa olunaraq süfrə suları istehsalına başlanılmışdır.

Heyvandarlıq
Hal-hazırda rayonda iri buynuzlu mal-qara 29245 başdır ki, bunun da 12978 baş inək və camışlardır. Qoyun –keçilərin sayı 62184 baş, donuzların sayı isə 38 başdır. İri buynuzlu malın 28602 başı, qoyun-keçinin 57632 başı, donuzun isə 38 başı ev təsərrüfatlarının, əhalinin və qalanı isə kənd təsərrüfatı müəssisələrinin və sahibkarın payına düşür.
Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli 3000 nömrəli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncamına uğun olaraq dövlət bücəsinin vəsaiti hesabına dəyərinin 50 faizi ödənilmək yolu ilə 5 baş cins düyə alınaraq rayona gətirilmiş və onların sayı artırılaraq 8 başa çatdırılmışdır.
01 iyun 2011-ci il tarixə rayonda diri çəkidə ət istehsalı 1382 ton, süd istehsalı 7838 ton, yun istehsalı 58.1 ton olmuşdur.
Quşçuluq
Rayonda quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülmüşdür. Belə ki, rayonun Kərimli kəndi ərazisində yeni quşçuluq sexi inşa edilmişdir. Hal-hazırda müəssisədə quş yetişdirilərək əhaliyə satışı təşkil olunmuş və eyni zamanda müəssisənin istehsal gücünün artırılması üçün işlər aparılır. 01 iyun 2011-ci il tarixə rayonda yumurta istehsalı 1242 min ədəd olmuşdur.
Arıçılıq
Arıçılıq ənənəvi sahələrdən biridir. Rayonun təbii iqlim şəraiti, dağ meşələrində bitən cökə və şabalıd ağaclarından arıların bol nektar əldə etməsi arıçılığın inkişaf etməsi üçün əlverişli şərait yaradır.
Rayonda 1175 arı ailəsi olmuş, 17.6 ton bal istehsal olunmuşdur. Bu sahəyə diqqət artmaqdadır.
Rayon əhalisinin 82.8 %-i kəndlərdə yaşayır və məşğul əhalinin 71 %-i kənd təsərrüfatı və kənd təsərrüfatına xidmət sahələrində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 №-li “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında”, 21 avqust 2008-ci il tarixli 3000 nömrəli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncamlar və dövlət tərəfindən bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər kənd təsərrüfatının inkişaf etdirilməsinə müsbət təsir göstərmiş, istehsalçıların istehsala marağını artırmış və bu sahənin inkişafına geniş imkanlar açmışdır.
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 №-li sərəncamının icrası ilə əlaqədar 2011- ci ildə Oğuz rayonu üzrə cəmi 3798 kənd təsərrüfatı məhsullarının istehsalçısına becərdikləri 15212.02 hektar ümumi əkin sahəsinə görə 608480.80 manat yardım hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara ödənilmişdir.
Aqroservis” xidmətləri
Oğuz rayonunda “AQROLİZİNQ” ASC-nin Oğuz “Aqroservis” filialı fəaliyyət göstərir. “AQROLİZİNQ” ASC-nin Oğuz Aqroservis filialı rayonda kənd təssərrüfatı ilə məşğul olan istehsalçılara 10 şum traktoru, 3 səpin texnikası, 3 kimyəvi mübarizə aqreqatları, 14 taxıl biçən kombayn vasitəsi ilə xidmət göstərir

Rayonda Aqrolizinqə verilmiş 25 şum traktoru, 10 səpin texnikası, 2 taxıl yığan kombayn vardır.
Bundan əlavə rayonda kənd təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərdə, xüsusi mülkiyyətdə olan 52 şum traktoru, 52 səpin texnikası, 10 kultivator, 8 kimyəvi mübarizə aqreqatı, 50 yığım kombaynı( 43 taxıl biçən, 1 qarğıdalı biçən və 6 yonca biçən) vardır. Bütün kənd təsərrüfatı texnikaları əkin biçin mövsümündə rayon əhalisinə xidmət edir.

 

Keçidlər