Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Rayon haqqında

Oğuz rayonu respublikamızın səfalı və mənzərəli bir guşəsində yerləşir. Onun ərazisi 1077 km2, əhalisi 40845 nəfərdir. Rayon 1930 – cu il avqust ayının
8 – də yaranmışdır. Əvvəllər adı Vartaşen, 1991 – ci ildən Oğuz adlanır. Rayonda 33 kənd vardır.
Rayon şimaldan Rusiya Federasiyası ilə (Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan Ağdaş rayonları ilə sərhəddir.
Son dərəcə səfalı, unikal təbiət gözəlliklərinə malik olan rayon ərazisinin 40 % -ni meşələr təşkil edir.
Zümrüd meşələri, yaşıl yamacları, suyu diş göynədən buz bulaqları, dupduru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan 40 – dan artıq dərman bitkisinin vətəni, qırqovullu, marallı, cüyürlü, dağ keçili faunası ilə hamını heyran qoyan Oğuz rayonu həqiqətən cənnətməkan bir diyardır.

 

 

 

Keçidlər