Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz şəhər 3 nömrəli məktəb-liseyə Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adı verilib

12 noyabr 2021 | 16:00

    11.11.2021- ci il tarixində Vətən müharibəsi qəhrəmanı Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseydə tədbir təşkil olunmuşdur. Tədbirdə Vətən müharibəsi qəhrəmanı Nail ibrahimlinin valideynləri, Oğuz Rayon Ícra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, Icra Hakimiyyətinin əməkdaşları, Oğuz RTŞ-in müdiri A.Məcidov, Hüquq Mühafizə Orqanlarının rəhbərləri və təhsil işçiləri iştirak etmişdir.
  Tədbirin rəsmi hissəsini giriş sözü ilə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov açaraq,Vətən müharibəsində qazanılan qələbədən danışaraq qeyd edib ki,şəhidlərimizin adlarının əbədiləşdirilməsi cənab Prezidentimizin  hər bir azərbaycanlıya olan diqqətinin təzahürüdür.
 Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şagirdlər tərəfindən şeirlər və hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
Tədbirdə çıxış edən şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova, oğlu Nailin şücaəti və keçdiyi döyüş yolundan danışıb, bütün şəhidlərə rəhmət diləyib, gəncləri və məktəbliləri vətənpərvər ruhda yetişməyə səsləyib.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş,sonra şəhid valideynləri ilə birgə məktəb-liseyin girişində olan yeni dəyişdirilmiş ad göstəricisinin açılış mərasimində iştirak etmişdir.
 

Keçidlər