Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Dövlət vətəndaş həmrəyliyi

01 iyun 2020 | 16:00

     Ölkəmizdə aparılan iqtisadi islahatlar, neft strategiyası və yaradılmış potensial qlobal iqtisadi çağırışlara cavab verməyə imkan yaratmışdır. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə gətirib çıxarmışdır.      
     Həyata keçirilən iqtisadi siyasət nəticəsində sosial-iqtisadi tərəqqi davam etmiş, bu siyasət Oğuz rayonunun iqtisadi inkişafına da öz müsbət təsirini göstərmişdir.
     2019-cu ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi  120.9 milyon manat təşkil etmişdir:
    O cümlədən:
    sənaye -18.6 milyon manat, kənd təsərrüfatı, meyvəçilik - 43.8 milyon manat, tikinti-quraşdırma işləri - 22.1 milyon manat, nəqliyyat - 2.6 milyon manat, informasiya və rabitə  - 0.6 milyon manat, ticarət xidmətləri  -  33.2 milyon manat
     2019-cu ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 23.2 milyon manatlıq investisiya yönəldilmişdir.
     İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 3 sabibkara 36.0 min manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına  1 yeni iş yeri yaranmışdır.
     2020-ci ilin I rübündə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi  17.5 milyon manat təşkil etmişdir:
    O cümlədən:
    Sənaye  - 5.0 milyon manat, kənd təsərrüfatı, meyvəçilik - 4.9 milyon manat, tikinti-quraşdırma işləri- 0.3 milyon manat, nəqliyyat - 0.6 milyon manat, informasiya və rabitə  - 0.2 milyon manat, ticarət xidmətləri - 6.5 milyon manat
     2019-cu ildə əmək müqavilələrinin sayı 1060 olmuşdur. Özünüməşğulluq proqramına dövr ərzində 146 nəfər, ictimai işlərə 224 cəlb edilmişdir.
     2020-ci ildə özünüməşğulluq proqramına 46 nəfər, ictimai işlərə 115 cəlb edilmişdir.   
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər  Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi  təsirinin azaldılmasına xidmət edən Tədbirlər Planına uyğun olaraq Oğuz rayonunda da büdcədən maliyyələşən təşkilatlarda, habelə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqları saxlanılmaqla evdə qalmaları təmin olunmuşdur.
     Pandemiya dövründə dövlət və özəl sektorda çalışan işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi, məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılması istiqamətində məqsədyönlü işlər aparılmışdır.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsaitin ödənilməsinə başlanılmış,  ödəmə Poçt şöbəsi və banklar vasitəsilə aparılmışdır. Birdəfəlik vəsaitin ödənilməsindən 4200-dən çox ehtiyacı olan ailələr yararlanmışdır. Hal-hazırda davam etdirilir.
     Pandemiya dövründə nəzərdə saxlanılan əsas məsələklərdən biri ehtiyacı olanlara, aztəminatlı ailələrə ərzaq yardımının çatdırılması olmuşdur. Bu sahədə Herdər Əliyev Fondu tərəfində görülən işlər təqdirəlayiqdir. Belə ki, Fond tərəfindən göndərilmiş ərzaq yardımları Oğuz şəhərində və kəndlərdə olan aztəminatlı və ehtiyacı olan ailələrə paylanılmışdır. Bundan başqa müxtəlif təşkilatlar, fərdi  vətəndaşlar, rayonda fəaliyyət göstərən sahibkarlar tərəfindən də yardımlar paylanılmışdır. Hal-hazırda işlər davam etdirilir.
      Pandemiya dövründə Oğuz şəhərində və rayonun kəndlərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, məktəblərdə, səhiyyə müəssisələrində, ictimai iaşə obyektlərində, ictimai binalarda, əhalinin sıx olan yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmış və davam etdirilir.
      Rayon üzrə pensiyalar, müavinətlər, ünvanlı dövlət sosial yardımlar, təqaüdlər qrafikə üyğun vaxtından qabaq ödənilmiş, gecikmələr olmamışdır. Əsas diqqət yetirilən sahə ünvanlı dövlət sosial yardımlarının təyin olunması və ödənişinin aparılmasıdır. 2020-ci ilin I rübü  ərzində 42 nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
     Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Şəffaflıq vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Məsafə gözlənilməli, tibbi maskalardan istifadə olunmalıdır. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirmiş olurlar..
    Koronavurus təcrübəsi belə bir həmrəyliyin olduqca vasib olduğunu bir daha təsdiq etdi.
    Cənab Prezidentin sözü ilə desək “Biz birlikdə güclüyük

Keçidlər