Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhidlər ölməz,vətən bölünməz!

17 yanvar 2017 | 16:00

17 yanvar 2017-ci il tarixdə Oğuz Rayon Təhsil Şöbəsində “Şəhidlər ölməz,vətən bölünməz!” mövzusunda elmi-təcrübi konfrans keçirilmişdir. Konfrans iştirakşıları öncə Oğuz şəhərindəki Şəhidlər xiyabanında I Qarabağ müharibəsində həlak olmuş vətən oğullarının məzarlarını ziyarət edərək onların üzərinə gül-çiçək dəstələri qoymuşlar. Daha sonra tədbir iştirakşıları Oğuz Rayon Uşaq Yaradıcılıq Mərkəzində 20 yanvar faciəsinə həsr edilmiş Oğuz məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Konfrans işini Oğuz Rayon Təhsil Şöbəsinin akt zalında davam etdirmişdir.Konfransın nəzəri hissəsini Rayon Təhsil Şöbəsi müdirinin müavinin N.M.Adıyev giriş sözü ilə açaraq 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar rayonun təhsil və tərbiyə müəssisələrində görülmüş işlərdən danışdı. 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
      ”20 Yanvar Azərbaycan tarixində qanla yazılmış qəhrəmanlıq salnaməsidir” mövzusunda Oğuz Rayon Təhsil Şöbəsinin metodisti E.S.Əzimli məruzə etdi. ”20 yanvar- xalqımızın milli azadlıq mücadiləsində ən uca zirvə və SSRİ-nin dağılmasına təkan verən son zərbədir” mövzusunda Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbin tarix müəllimi Ruslan Bəkirov, “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində ,xalqımızın birliyinin təşəkkülü prosesində 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti” mövzusunda Əmrah Nəbiyev adına Tərkəş kənd tam orta məktəbin tarix müəllimi Elza Dursunova , ”20 yanvar mücadiləsi Azərbaycan ədəbiyyatı və incəsənətində” mövzusunda Arzu Əliyev adına Padar kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Səlimova əlavə məruzələrlə çıxış etdilər.
     Konfransın işi Oğuz Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Hədiyyə Süleymanova tərəfindən yekunlaşdırılmışdır.

Keçidlər