Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Vətən uğrunda döyüşmüş Oğuzlulara “Fədai” və “Vətən Naminə” medalları təqdim edildi.

14 dekabr 2016 | 16:00

     09 dekabr 2016- cı il tarixdə Oğuz rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. İdarə, müəssisə, təşkilat rəhbərlərinin, əlil, veteran və şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” və “Vətən Naminə” medalları Oğuz rayonundan olan Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid qardaşına təqdim edilmişdir.

      “Fədai” medalı ilə  II qrup Qarabağ müharibəsi əlilləri Azər Əvəz oğlu Qurbanov, Ehtibar Həsən oğlu Qurbanov və Qarabağ müharibəsi statusuna malik olan insanlara göstərdiyi diqqət və qayğıya görə, şəhid qardaşı, RİHB-nın Xaçmaz İƏD üzrə Nümayəndəsi Teymur Yusif oğlu Atakişiyev, “Vətən Naminə” medalı ilə Oğuz RİH-nin aparıcı məsləhətçisi, Azərbaycan QMƏVŞAİB- nin Oğuz rayon filialının sədri, Qarabağ müharibəsi veteranı Müşfiq Kərəm oğlu İsmayılov, müharibə veteranları Mübariz  Müsayəddin oğlu Mövsümov və Teymur Məhəmmədəli oğlu Mikayılov təltif olunmuşlar.
    Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov “FƏDAİ” və “Vətən Naminə” medalllarını təltif olunanlara təqdim edərək bu münasibətlə onları təbrik etmiş, uzun ömür, can sağlığı  və gələcək fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulamışdır.

Keçidlər