Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Xaçmaz kəndində “Kapital Bank”ın bankomatı quraşdırılmışdır

16 noyabr 2024 | 10:35

Oğuz Rayon İcra hakimiyyətinin başçısının 09 oktyabr 2024-cü il tarixdə Xaçmaz kəndində səyyar qəbulu zamanı vətəndaşlar kənddə “Kapital Bank”ın bankomatının olmadığını, maaş və müavinətlərinin alınması üçün hər dəfə rayon mərkəzinə getmək məcburiyyətində qaldıqların, əlavə vaxt və vəsait itkisi ilə üzləşdiklərini bildirdilər.
Vətəndaşların müraciətləri nəzərə alınaraq, məsələnin həllinə köməkilk göstərilməsi üçün Rayon İcra hakimiyyəti tərəfindən “Kapital Bank”ın rəhbərliyinə müraciət edilmişdir. Bank isə öz növbəsində rayonun Xaçmaz kəndində bankomatın quraşdırılmasını təmin etmiş, kənd sakinlərinin qaldırdıqları məsələ öz həllini tapmışdır.
Oğuz rayon İcra Hakimiyyəti olaraq məsələyə operativ və müsbət münasibətinə görə “Kapital Bank”ın rəhbərliyinə təşəkkürümüzü bildiririk!

Keçidlər