Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Vətən müharibəsi Qəhrəmanı Nail İbrahimlinin ad günü qeyd edilib

05 mart 2024 | 08:42

Vətən müharibəsi Qəhrəmanı Nail İbrahimlinin ad günü qeyd edilib
4 mart 2024-cü il tarixində Oğuz rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirlib.
Yubiley tədbirində, şəhidin valideynləri ailə üzvləri, şəhid ailələr, qazilər, rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, İcra hakimiyyəti başçısı aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Oğuz Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Qurbanov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, igid oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir. O, öz çıxışında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunmasını bildirdi.
Şəki Zaqatala Regional Təhsil İdarəsinin müdir əvəzi Günay Mahmudova çıxışında Vətən uğrunda canlarından keçən qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını vurğulayıb. Bildirib ki, belə tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək, onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Sonra söz şəhidin anası Aqibət İbrahimovaya verildi. O, bütün iştirakçıları salamlayaraq Nailin uşaqlıq və gənclik illərindən danışdı. 30 yaşı tamam olan şəhid Nail İbrahimlinin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidin göstərdiyi sücaətdən söz açmışdır.Oğlunun döyüşlərdə göstərdiyi igidliklərdən söz açaraq onunla fəxr etdiyini və belə tədbirin hazırlanmasına görə, əməyi keçən hər kəsə minnətdarlıq etdi.
Şəhidimizin doğum günündə şəhid Nail İbrahimliyə həsr olunmuş videoçarxlar nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bəddi kompozisiya səsləndirlib.
Qeyd edək ki, Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. O, 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013-cü ildə hərbi xidməti başa vurub. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanıb. Vətən müharibəsi zamanı Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib, Füzuli, Qubadlı və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Nail noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda", “Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər