Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə böyüklər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu

21 noyabr 2023 | 12:19

20 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində yerləşən "Nizami"şadlıq sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı, Oğuz rayonu üzrə Gənclər və İdman sektorunun, Oğuz rayon Təhsil sektorunun təşkilatçılığı ilə böyüklər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Açılış mərasimində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov , Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə rayonumuzda keçirilən tədbirlərdən, rayonumuzun komandalarının intellektual oyunlarda uğurlu çıxışlarından bəhs etdilər və yarış iştirakçılarına uğurlar arzuladılar.
Oyun komandaların maraqlı mübarizəsi şəraitində keçdi. 20 komanda arasında I yeri Böyük Söyüdlü kəndinin “Xarı bülbül” komandası , II yeri Xaçmazqışlaq kəndinin “Xudayar” komandası, III yeri Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin “Nail” komandası əldə etdi.
Qaliblər Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom, hədiyyə və kuboku ilə təltif edildi.

 

Keçidlər