Səyyar ASAN xidmət avtobusu Oğuzda
Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı "ASAN xidmət" mərkəzinin səyyar xidmət avtobusu oktyabr ayının 2-dən Oğuz rayon sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
* Tibb xidməti
* Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
* Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
* Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
* Əmək pensiyalarının təyin edilməsi
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
* Notariat fəaliyyəti
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ünvan: Oğuz şəhəri, Heydər Əliyev Prospekti 124 (Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısı)
Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.