Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şəhid Abbasov Nail Adil oğlu ilə vida mərasimi keçirilmişdir.

14 sentyabr 2022 | 17:13

14 sentyabr 2022-ci il tarixdə sentyabr ayının 13-də ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Abbasov Nail Adil oğlunun dəfn mərasimi keçirilmişdir. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə şəhidin cənazəsi Oğuz rayonunun girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanmış, sonra şəhidin cənazəsi Qarabaldır kəndindəki evlərinə aparılmış, burada vida mərasimi keçirildikdən sonra şəhid Qarabaldır kənd qəbirstanlığında dəfn olunmuşdur.

Keçidlər