Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib

10 may 2024 | 18:12

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,ziyalılar və rayon ictimaiyyəti Ulu Öndərin abidəsini ziyarət edərək abidəsinin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Mədəniyyət Mərkəzində Dahi Rəhbərin əziz xatirəsi həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri- Saleh Məhərrəmov , Şəki- Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon Təhsil sektorunun müdiri- Sərdar Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru- Mehriban Abbasova , Şəki- Zaqatala Regional Gənclər və İdman İdarəsi, Oğuz rayon Gənclər və İdman sektorunun müdiri- Şaiq Rüstəmov çıxış edərək Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan söz açmış və Ulu Öndərin idarəetmə fəlsəfəsindən bəhs etmişlər. Tədbirdə Azərbaycanın müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, milli maraqlarımıza uyğun olaraq tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlandığı qeyd olunub. Ümummilli Liderin 20-ci əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən olduğu və illər keçsə də, onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərin heç zaman unudulmayacağı bildirilib. Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Ölkə Prezidenti İlham Əliyevin 11 aprel 2023-cü il tarxli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub ki, həmin medala layiq görülənlər arasında Oğuzlu ziyalılarımız da var. Onların medalları təqdim edilmişdir.
Daha sonra RİH başçısı Eyvaz Qurbanov YAP-nın yeni üzvlərinə partiyanın üzvlük vəsiqələrini təqdim edib

Keçidlər