Oğuzda payız-qış mövsümünə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr müzakirə edildi.
10 sentyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir. Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlərin icra vəziyyəti ilə yanaşı Bucaq, Böyük Söyüdlü, Baş Daşağıl, Filfili, Xaçmaz, Xalxal, Bayan İƏD üzrə nümayəndəliklərinin fəaliyyətləri və Sosial şəbəkələrdə rayon gənclərinin intellektual, milli və dövlətçilik dəyərlərinin təbliği sahəsində gördüyü işlər barəsində də müzakirələrə aparılaraq görülmüş işlər və problemlər səsləndirildi. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi.
Çıxış və müzakirələr başa çatdıqdan sonra Şura iclasının qərar layihəsi oxundu.