Oğuzda növbəti qanvermə aksiyası keçirilib
23 avqust 2024 | 17:23
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Oğuz Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
Qan vermək istəyən könüllü donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim personalı tərəfindən müayinə edildikdən sonra qanvermə aksiyasında iştirak ediblər.