Oğuzda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov açılış sözü ilə çıxış edərək festifalın əhəmiyyəti, regionda kənd təsərrüfatının inkişafında rolu haqqında danışdı.
Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak etdiyi tədbirdə dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub
Tədbirdə kredit yarmarkası da təşkil olunub. Yarmarkada 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarının sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar veriblər.