Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

28 aprel 2023 | 17:20

27 Aprel 2023-cü il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz rayon Mədəniyyət işçilərinin iştirakı ilə görkəmli oftolmoloq alim, adını Azərbaycan səhiyyə və dövlətçilik tarixinə yazmış nəcib qəlbli qadın Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən "Zərifə xanımın xeyirxahlığı, ağıl və qüdrət məktəbi " adlı ədəbi musiqili kompozisiya təşkil edildi . İlk öncə Zərifə xanım Əliyevanın xatirəsi1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra Zərifə xanımın həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənildi.
Bədii hissədə Oğuz rayon 7 illik Uşaq Musiqi məktəbinin müəllimi Eyvaz Lətifovun və Süleyman İsmayılovun , Oğuz rayon Dəymədərə kənd Folklor klubunun mədəni təşkilatçısı Esmira Rəhimlinin ifasında mahnılar təqdim olundu. Həmçinin Yemişənli kənd klubunun əməkdaşı Aygün Dadaşovanın, Dəymədərə kənd folklor klubunun bədii qirayət dərnəyinin üzvlərinin ifasında şerlər səsləndirildi.

Keçidlər