Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda “Əmək qanunvericiliyinə edilmiş dəyişikliklər və “Əmək və məşğulluq altsistemi”ndə yaradılmış yeni funksionallıqlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib

26 oktyabr 2024 | 13:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Oğuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xidmətin rəisi Vəli Quliyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, müvafiq dövlət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İcra başçısı C.Əbdul-Qədirov tədbirin əhəmiyyəti barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, belə maarifləndirici görüşlərin təşkil olunmasının əsas məqsədi işəgötürənlərin dövlət qurumlarına əlçatanlığını təmin etmək, yeniliklər barədə onları mütəmadi məlumatlandırmaq və bu istiqamətdə onlara dəstək olmaqdan ibarətdir.
Daha sonra çıxış edən V.Quliyev əmək münasibətlərinin tənzimlənməsi sahəsində qəbul edilmiş yeniliklər barədə danışıb. O qeyd edib ki, yeni qanunvericilik aktları əsasən əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədi daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizindən çoxu elektronlaşdırılıb. 50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) yaradılıb.

Keçidlər