Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda 23 İyun-Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

23 iyun 2023 | 14:20

Rayon icra hakimiyyətinin başçısı Respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun- Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunduğunu bildirmiş və əlavə etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş və bunun nəticəsi olaraq ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır. Eyvaz Qurbanov aparat əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyə edib.
Tədbirin sonunda bir qrup dövlət qulluqçularına rayon icra hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunub.

Keçidlər