Oğuz şəhidini son məzilə yola saldı
Tərtər rayon Çardaqlı kənd qeydiyyatında olan və Oğuz rayon Xalxal kəndində məskunlaşmış məcburi köçkün, Komando ordu birliyinin hərbi qulluqçusu Ağayev Kənan Vahid oğlu Lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş, 21 sentyabr 2023-cü il tarixdə yaşadığı Xalxal kəndində son mənzilə yola salınmışdır. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov və aparatı, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq ruhuna dualar oxunmuşdur. Şəhidin nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin atasına təhvil verilmişdir.