Oğuz rayonunda yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunlarla görüş keçirilib
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, cari ildə XI sinfi 367 nəfər məzun bitirib, onlardan 172 nəfəri respublikanın ali məktəblərinə daxil olmuşdur.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara növbəti fəaliyyətlərində uğurlar arzu edib.
Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqibət İbrahimova bildirib ki,görülmüş işlər gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova çıxışında rayon təhsil işçilərinin nailiyyətlərindən və bunun nəticəsi olaraq tələbə adını qazanmış məzunları təbrik etmiş, və daxil olduqları ali məktəbləri müvəffəqiyyətlə bitirmələrini arzulamışdır.
Çıxış edən Bucaq və Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin məzunları Rəşidzadə Fəridə və Aysu Babalı öz çıxışlarında görüşün təşkilinə, diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda 2023-2024-cü tədris ilində yüksək bal toplayan tələbələrə ,və olimpiada qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.