Oğuz rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib
Əlamətdar, tarixi gün münasibətilə noyabrın 8-də Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri ilk öncə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra Oğuz şəhərində və Xaçmaz kəndində yerləşən Şəhidlər xiyabanlarında ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarları ziyarət edilmiş, şəhidlərin ölməz xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, məktəblilərin hazırladığı ədəbi bədii kompazisiyalar dinlənilmişdir.
Cavid Əbdul-Qədirov şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşərək səmimi söhbət etmiş, Zəfər günü münasibətilə onları təbrik edərək ən xoş arzularını bildirmişdir.
Rayon İcra hakimiyyəti Aparatının əməkdaşları yerlərdə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilmiş, şəhid ailələri ilə görüşərək onları “Zəfər Günü” münasibəti ilə təbrik etmişlər.