Oğuz rayon Icra Hakimiyyətinin Başçısı yanında Şuranın növbədənkənar iclası keçirilmişdir
02 avqust 2023-cü il tarixdə Oğuz rayonu ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş tədbirlər və qarşıda duran vəzifələrə dair Şura iclası keçirilmişdir.
İclasda rayon İcra hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov, Şuranın üzvləri, rayon icra hakimiyyəti aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon Polis Şöbəsinin nümayəndəsi və aidiyyəti qurumların rəhbərləri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı, Şuranın sədri cənab Eyvaz Qurbanov gündəlikdə olan məsələ ilə bağlı məlumat vermiş və gündəlik təsdiq edilmişdir. Məsələ ilə əlaqədar Rayon İcra hakimiyyəti Tikinti və Memarlıq Şöbəsinin müdiri -Baş memar Elman Qocayev Şura lahiyəsinin təqdim etmişdir. Şura üzvlərindən Ehtibar Yusubov, Anar İbrahimov, Bunyad Məmmədov, İƏD üzrə nümayəndələrdən Azər Məcidov, İlqar Əsgərov, bələdiyyə sədrlərindən Adil Şükürov, Amil Abbasov və digərləri müzakirələrdə fikirlərini bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov məsələ ilə əlaqədar müzairələrə yekun vuraraq bildirdi ki, rayonda özbaşına aparılan tikinti işlərinin aşkarlanmsı və vaxtında qarşısının alınması məqsədi ilə İcra Hakimiyyətinin işçilərindən ibarət məsul şəxslərin İƏD üzrə bölgüsü aparılmışdır. Oğuz rayonunda Dövlət Şəhərsalma nəzarətinin gücləndirilməsi, qanunsuz tikintilərin aşkarlanması və mövcud qanunvericilik aktlarına əsasən ciddi zəruri tədbilərin görülməsi haqqında qərar qəbul edilmiş, movcud nöqsanların qısa müddətdə aradan qaldırılması barədə müvafiq göstərişlər verilmişdir.