Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid Əliyev Anar Talıb oğlunun qəbirüstü abidəsini və ailə üzvlərini ziyarət etmişdir
Rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, YAP oğuz rayon təşkilatının sədrin də iştirak etdiyi görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
Şəhidin atası Talıb Əliyev dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Anar Əliyev oktyabrın 26-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.