Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Baş Daşağıl kəndində şəhid Beyrək Fezullayevin və şəhid Fərid Lillahovun valideynləri ilə görüşmüşdür.
22 iyul 2024 | 19:20
Görüş zamanı İcra başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edib. Onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirildiyini vurğulayıb, şəhid ailələrinin qayğıları ilə maraqlanıb.
Şəhid ataları onlara, eləcə də bütün şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə ediblər.