Oğuz Rayon İcra Hakimiyyətində rayonda epidemioloji vəziyyətə dair müşavirə keçirilmişdir.
06 sentyabr 2024 | 10:10
05 sentyabr 2024-cü il tarixində Oğuz Rayon İcra Hakimiyyətində rayonda epidemioloji vəziyyət, sahibsiz itlərin və vəhşi heyvanların quduzluq xəstəliyinə qarşı peyvəndlənməsi və ət kəsim məntəqəsinin fəaliyyəti müzakirə olundu. Müzakirə zamanı müxtəlif sahələr üzrə aidiyyatlı nümayəndələr tərəfindən görülən işlər haqqında məlumat verildi. Müzakirənin sonunda qeyd olunan sahələrdə mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımlar müəyyən olundu və bu istiqamətdə lazımi işlərin görülməsi aidiyyətı şəxslərə tapşırıldı