Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir
Şuranın gündəliyində duran 3 məsələ müzkirə olundu:
1. Oğuz Rayon İcra Hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində və yanında olan qurumlarda vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və qeydiyyatının aparılması üzrə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun icra vəziyyəti;
2. Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2023-cü il və 2024-cü ilin ötən müvafiq dövrü ərzində fəaliyyəti;
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145-saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydaları”na uyğun olaraq İƏD üzrə Nümayəndəliklərdə kargüzarlığın təşkili vəziyyəti.