Oğuz Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Yenikənd kəndində keçirildi
04 sentyabr 2024 | 19:37
Oğuz Rayon İcra Hakimiyyəti başçısı Cavid Əbdul-Qədirov Yenikənd sakinləri ilə görüş keçirib. Görüşdə iştirak edən sakinlər kəndə gələn yolun əsaslı təmir olunması, mövcud artezianların təmir olunaraq işlək vəziyyətə gətirilməsi və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etdilər. Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verildi və həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.