Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski son yaş həddinin tamam olması ilə əlaqədar olaraq təqaüdə yola salınıb.
Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski son yaş həddinin tamam olması ilə əlaqədar olaraq təqaüdə yola salınıb.
Oğuz rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Qurbanov Yusif Naxçıvanskini əmək fəaliyyəti dövründə Dövlətçilik istiqamətində və rayonun inkişafında əvəzsiz xidmətləri haqqında ətraflı çıxış edərək, rayonun ictimai-siyasi həyatında, gənc nəslin Dövlətçilik ruhunda tərbiyə olunmasında Y.Naxçıvanskinin təcrübə və potensialından bundan sonra da istifadə olunacağını bildirdi və ona ən xoş arzularını ifadə etdi.
Sonra Y.Naxçıvanski ilə müxtəlif dövrlərdə birlikdə çalışmış və artıq təqüddə olan Oktay İbrahimov, Rizvan Gondolov, Arif Abdullayev, DAİM-nin direktoru Azad Əliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yusif müəllimlə bağlı xoş xatirələrini paylaşaraq ona səmimi təbriklərini bildirdilər.
Qeyd edək ki, ömrünün 40 ilini dövlət qulluğunda fəaliyyətə həsr edən Yusif Həbib oğlu Naçıvanski 27 il Oğuz rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif edilib.
Tədbirdə Y.Naxçıvanskiyə RİH-nin Fəxri Fərmanı və xatirə hədiyyəsi təqdim edilmişdir.
Oğuz rayon İcra hakimiyyətinin kollektivi adından Yusif müəllimi təbrik edir, ona sağlıqlı həyat arzu edirik.