Oğuz rayon Heydər Əliyev Mərkəzində "Tarix yazan əbədiyaşar lider" adlı dəyirmi masa keçirilmişdir
13 oktyabr 2023-cü il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində "Tarix yazan Əbədiyaşar lider" adlı dəyirmi masa təşkil edildi. Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Oğuz rayon MKS-nin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Oğuz şəhər 1 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdi. Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru məlumat verərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2023-cü il "Heydər Əliyev ili" elan edilmişdir. Heydər Əliyevin zəngin həyatı və siyasi irsi Azərbaycanın bu günü və gələcəyi üçün zəngin xəzinədir. Bu irsi təbliğ etmək, gənc nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur.