Növbəti dəfə "Vətən müharibəsi" iştirakçısı Oğuz rayon İcra hakimiyyətində yeni vəzifəyə təyin olundu.
12 sentyabr 2022 | 18:17
Oğuz rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun Sərəncanıma əsasən "Vətən Müharibəsi" iştirakçısı, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətə görə" medalları ilə təltif edilmiş Səmədzadə Ceyhun Səməd oğlu Oğuz rayon İcra hakimiyyəti başçısının aparatının İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
Ceyhun Səmədzadə 2018-ci ildə Gəncə Dövlət Universitetini bitirmiş, 2019-cu ildən Oğuz rayon Suvarama Sistemləri İdarəsində komütür operatoru vəzifəsində çalışmış. 2020-ci ildə 44 günlük vətən müharibəsinə qatılmışdır.