Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

"Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq"

26 iyun 2024 | 17:23

26 iyun 2024-cü il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti Oğuz rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə 26 iyun Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü münasibətilə "Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq" adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Gənclər və idman İdarəsinin Oğuz rayon sektorunun, Mərkəzi Kitabxana sisteminin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak etmişdir. Tədbirdə narkotik maddələrin qanunsuz istifadəsinin insanları fəlakətə sürükləməyindən, cinayətlərə səbəb olmağından, taleləri necə məhv etməyindən dialoq şəkildə söhbətlər aparıldı. Tərbirin sonunda narkotik maddələrdən asılılığın insanlara verdiyi zərər barədə video çarx izlənildi. Tədbirdə çıxışlar zamanı Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli probleminə çevrilməklə yanaşı, ən ağır xəstəliklərin də mənbəyi olması barədə fikirlər bildirildi.

Keçidlər