Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Narkomaniyaya qarşı birgə mübarizə aparaq” adlı seminar

28 iyun 2024 | 17:27

28 iyun 2024-cü il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti Oğuz Rayon Mərkəzi kitabxanası ilə birgə Oğuz Rayon Kitabxanasında “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” adlı seminar keçirilmişdir. Tədbirdə Oğuz Polis Şöbəsinin, Gənclər və idman İdarəsinin Oğuz rayon sektorunun, Mərkəzi Kitabxana sisteminin, Oğuz Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, rayonun ağsaqqal ziyalıları və gənclər iştirak etmişdir. Tədbirdə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət Proqramları haqqında elmi və hüquqi söhbətlər aparıldı. Narkomanlığın yayılmasının cəmiyyət üçün necə təhlükəli olduğu barədə video çarx izlənildi

Keçidlər