İctimai Şuraların fəaliyyəti diqqət mərkəzindədir
18 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Bakı şəhərində, Exselsior oteldə "İctimai iştirakçılıq, şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı" mövzusunda konfrans keçirilmişdir. Respublikanın Mərkəzi İcra hakimiyyəti orqanlarının və rayon icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən İctimai Şura sədrləri,aidiyyatı üzrə dövlət rəsmiləri konfransda iştirak ediblər. Konfrans İctimai Şuraların fəaliyyətinin daha səmərəli qurulması üçün məruzə və çıxışları dinləyərək bununla bağlı tövsiyə və təkliflərini vermişdir.
Konfransda səmərəli fəaliyyət göstərən İctimai Şuralar Fəxri Fərmanla təltif olundular. Təltif olunanlar arasında Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şura da var. Təbrik edirik!