“Erkən nikah və məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” mövzusunda seminar
06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsinə uyğun olaraq 06 iyun 2024-cü il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz rayonu Gənclər və İdman sektorunun, Oğuz rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Oğuz rayonu Bucaq kənd tam orta məktəbində “Erkən nikah və məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Aqşin Abbasov, DQİDK–nın Şəki bölgəsi üzrə şöbənin əməkdaşı Samir Salehov, Gənclər İdman sektorunun müdiri Şaiq Rüstəmov, təhsil sektorunun metodisti Günel Abdullayeva, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər isə erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Tədbirdə iştirak edən şagirdlərlə belə qanun pozuntularının baş verməsinin qarşısını almaq üçün qanunvericiliyin tələbləri izah olunmaqla hüquqi maarifləndirici söhbətlər aparıldı. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirilmişdir. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda hər kəsin cəlb olunması ciddi əhəmiyyət kəsb edir.