E.D.Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 iyul 2024 | 16:00
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il