Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib
Dövlət Himni səsləndirilməsi, akedimik Zərifə Əliyevanın və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başalana konfransda Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları Ceyhun Səmədzadə və Cavid Həmidov, təhsil sektorunun müdiri Sərdar Nəbiyev, sektorun əməkdaşları və müəllimlər iştirak edib.
Konfransda çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Əliyeva görkəmli akademik Zərifə xanım Əliyevanın oftalmoloğiya sahəsində əvəzsiz xidmətləri və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etdiyi barədə danışaraq, onun bənzərsiz, işıqlı bir ömür yaşadığını vurğulayıb və bu işıqdan hamıya - ailəsinə, əhatəsində olan hər kəsə və gözünün nurunu itirmiş insanlara pay çatdığını qeyd edib.
Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbin müəllimləri X.Məcidli və G.Kərimova çixişları zamanı akademik Zərifə xanım Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı müxtəlif mövzulara toxunaraq, Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıblar.