Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Bilik evi

15 sentyabr 2015 | 15:00

15 sentyabr Bilik günü münasibəti ilə, Oğuz rayonu İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Oğuz rayonu üzrə Bilik evini ziyarət edib. Görüşdə Fondun sektor müdiri Hacı Nərimanoğlu, fondun Oğuz rayon üzrə nümayəndəsi Anar Məcidov, Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov və Azərbaycan Yaradıcılıq Fondunun regional nümayəndəsi Cəlil Cavanşir iştirak edib.
    Eyvaz Qurbanova Azərbaycan Respublikası Prezident Yanında Bilik Fondunun və Oğuz rayonunda fəaliyyətə başlayacaq Bilik Evinin plan və fəaliyyəti ilə bağlı Hacı Nərimanoğlu məlumat verib. Fondun nümayəndəsi Anar Məcidov Bilik Evinin fəaliyyət istiqaməti haqqında danışarkən qeyd edib ki, Oğuz rayonunda belə bir qurumun fəaliyyətə başlaması olduqca vacib addımdır.
   Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov da öz növbəsində Bilik Evinin işinə uğurlar arzulayaraq, öz tövsiyələrini verib. Oğuz rayonunda Bilik Evinin yaranması üçün təşəbbüs göstərən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya təşəkkürünü bildirib.

Keçidlər