Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Bilik günü

15 sentyabr 2015 | 15:00

15 sentyabr 2015 ci il tarixdə Oğuz rayonunda yerləşən bütün məktəblərdə, o cümlədən Emin Abdullayev adına Oğuz şəhər 2 N-li tam orta məktəbdə "Bilik günü"nə həsr edilmiş tədbir keçirilmişdir.  Bayram tədbiri məktəbin direktoru Anar Məcidov tərəfindən açıq elan edilmişdir. O, 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
    Məktəbin ibtidai sinif müəllimi Güliydə Əsədova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkə daxili layihələr şöbəsinin müdiri Hacı Nəriman oğlu çıxış edərək məktəblilərə yeni dərs ilində uğurlar dilədilər.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov çıxışında "Bilik Günü" münasibətilə məktəbin pedaqoji və şagird kollektivini təbrik etmiş, Oğuz təhsilinin daha da inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.

Keçidlər