Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Səyyar “ASAN xidmət” Oğuzda

20 avqust 2015 | 15:00

   Avqustun 8-dən başlayaraq  “ASAN xidmət” Oğuz rayonunda Oğuz və Şəki rayonları sakinlərinə  səyyar formada xidmət göstərir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

   Notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı xidmətlərin göstərilməsində müraciət edən vətəndaşların hansı rayonların sakinləri  olması ilə bağlı məhdudiyyət yoxdur.

Səyyar “ASAN xidmət”in Vətəndaşların qəbulu işinin təşkili  sektorunun böyük məsləhətçisi Mətin Qasımovdan aldığımız məlumata görə  Oğuz rayonunda olduqları müddətdə vətəndaşlar tərəfindən orta hesabla gündəlik  200 müraciət olur.   Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Bu Proses 22 avqusta qədər davam edəcəkdir.

 

Keçidlər