Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Birinci Avropa Oyunlarının məşəli Oğuzda

25 may 2015 | 15:00

Birinci Avropa Oyunlarının məşəli mayın 25-də qədim Oğuz diyarına gətirilib. məşəl estafetinin keçəcəyi Oğuz şəhərinin Heydər Əliyev prospektinə toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəli böyük sevinc və coşqu ilə  qarşıladılar

Günorta saatlarında Ulu Öndərin adını daşıyan prospektdə birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəli qəbul etdi. Avropa Oyunlarının məşəlini növbə ilə bir-birinə ötürən 10 məşəlçi prospekt boyunca 2,3 kilometr məsafə qət edərək Oğuz Olimpiya İdman Kompleksinin stadionuna gəldilər. Stadiona toplaşan minlərlə rayon sakini məşəl estafetinin iştirakçılarını sürəkli alqışlarla qarşıladılar. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirilən videoçarx nümayiş etdirildi.
Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Olimpiya İdman Kompleksinə təhvil verildi.
Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonundan Şəkiyə yola salındı.

Keçidlər