Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Zərərli vərdişlərə yox deyək

23 aprel 2015 | 15:00

23 aprel 2015-ci iı tarixdə Oğuz Rayon Təhsil şöbəsinin akt zalında "Zərərli vərdişlərə yox deyək" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransın işində Oğuz Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Təhsil şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının, Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mıərkəzinin məsul əməkdaşları, ümumtəhsil məktəblərinin rəhbərləri, praktik psixoloqları, şagirdləri iştirak etmişlər.
Konfransda Oğuz Rayon İcra hakimiyyəti yanda fəaliyyət göstərən Narkomaniya, narkotik vasitələrin istifadəsi,onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarızə üzrə Oğuz rayon komissiyasının katibi Firdövsi Şirinov "Narkotik vasitələrin ,psixotrop maddələrin və onların prekusorlarının istifadəsi, qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzə etmişdir.
"QİÇS, narkomaniya, siqaretə aludəçilik problemləri, cəmiyyətə zidd adətlərin insan orqanizminə fəsadları, həmin zərərli vərdişlərdən qorunnmaq və onlara qarşı mübarizə tədbirləri mövzusunda Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Vüsal Babayev, "Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər" mövzusunda Oğuz Rayon Polis şöbəsinin həddi-büluğa çatmayanların işləri üzrə müfəttişi Əfqan Qasımzadə "Məktəblilər arasında zərərli vərdişlərdən yayınmağın psixi-profilaktiki yolları" movzusunda Emin Abdullayev adına Oğuz şəhər 2 N-li tam orta məktəbin praktik psixoloqu Pərvanə Cavadlı, "Zərərli vərdişlər,insanın sağlam formalaşması prosesində onun onun izləri və bunlaradan xilas olma yolları" mövzusunda Oğuz Rayon Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri Şəlalə Tahirova, "Sağlam bədəndə sağlam ruh olar" mövzusunda Oğuz Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Aytən Daşdəmirova, "Sağlam həyat tərzi zərərli vərdişlərdən xilas olmanın yeganə yoludur" mövzusunda Oğuz şəhər 3 N-li tam orta məktəbin IX sinif şagirdi Orxan Əskərov əlavə məruzələrlə çıxış etmilər.
Konfransda Anar Əfəndiyev adına Kərimli kənd tam ora məktəbinin IX sinif şagirdi Nıcat Nəsibov müzakirə edilən məsələlər haqqında fikirlərini konfrans iştitrakçıları ilə bölüşmüşdür.
Həbib Babayev adına Oğuz şəhər 1 N-li tam orta məktəbin şagirdləri mövzunu tamalayan satirik səhnəciklərdən ibarət ədəbi-bədii komposizisiya ilə çıxış etmişlər.

 

 

Keçidlər